Araz Abdullayevin çıxış etdiyi “Boluspor”da koronavirusa yoluxma halı aşkarlanıb
Millimizin futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Boluspor” klubunda koronavirusa yoluxma halı aşkarlanıb.

6 nəfərin virusdan əziyyət çəkdiyi bildirilir.

Yoluxanlardan 3-nün futbolçu olduğu açıqlanıb. Digərləri isə klubun işçiləridir. Klub həmin şəxslərin müalicəsinə başlanıldığını açıqlayıb.

Xəbər 367 dəfə oxundu.