Rafael Nadal karyerasında mininci qələbəsini qazanıb
Parisdə keçirilən ATP (Peşəkar Tennisçilər Assosiasiyası) seriyalı turnirdə Rafael Nadal karyerasında 1000-ci qələbəsini qazanıb. O, bu nəticəyə çatan 4-cü tennisçidir.

Ümumi mükafat fondu 4 milyon avroya yaxın olan görüşdə uğurla çıxış edən ispaniyalı raketka ustası səkkizdəbir finala vəsiqə əldə edib.

Qeyd edək ki, ATP seriyalı tennis turnirində rekord amerikalı Cimmi Konnorsa məxsusdur. Onun aktivində 1274 qələbə var. İsveçrəli Rocer Federer (1242 qələbə) ikinci, çexiyalı İvan Lendl (1068 qələbə) üçüncü pillədədirlər.

Xəbər 477 dəfə oxundu.