Millimizin rəqibi Portuqaliya və İtaliya ilə qarşılaşmaqdan imtina edib
UEFA Millətlər Liqasının VI turunda Azərbaycan millisi ilə qarşılaşacaq Lüksemburq yığması Portuqaliya və İtaliya ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib.

Bunu komandanın baş məşqçisi Lük Holts keçirdiyi mətbuat konfransında bildirib.

Mütəxəssis qeyd edib ki, federasiya daha əlverişli rəqibə üstünlük verib. Yoldaşlıq görüşü üçün Portuqaliya və İtaliya tərəfi bizə müraciət etmişdi. Bu komandalara qarşı boş tribunalarda oynamaq bütün ölkəni məyus edərdi.

Qeyd edək ki, Lüksemburq millisi noyabrın 11-də evdə Avstriya ilə yoldaşlıq görüşü keçirəcək. Komanda noyabrın 14-də səfərdə Kiprlə, noyabrın 17-də isə evdə Azərbaycan yığması ilə üz-üzə gələcək.

Xəbər 311 dəfə oxundu.