MBA yeni mövsümdə tribunalara tamaşaçı girişini məhdudlaşdıracaq
Milli Basketbol Assosiasiyası (MBA) qarşıdakı mövsümdə tribunalara tamaşaçı girişini məhdudlaşdıracaq.

MBA sosial məsafəyə, maska rejiminə və koronavirus testlərinə riayət edilməsini nəzərə almaqla arenanın tribunalarına azarkeşlərin 25-50 faizinin buraxılmasını planlaşdırır.

Qurumun rəhbərliyi növbəti mövsümə dekabrın 22-də start veriləcəyini bildirib.

MBA-nın sonuncu mövsümü oktyabrın 12-də başa çatıb.

Xəbər 426 dəfə oxundu.