Gənclər arasında Avropa çempionatının sonuncu günündə iki cüdoçumuz mübarizə aparacaq
Xorvatiyanın Poreç şəhərində Azərbaycan cüdoçularının da qatıldığı gənclər arasında Avropa çempionatı davam edir.

Yarışın sonuncu günündə daha 2 cüdoçumuz Adil Kərimli (100 kq) və Camal Feyziyev (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Belə ki, A.Kərimli ilk görüşündə xorvatiyalı İvan Rozqa, C.Feyziyev isə Monako təmsilçisi Marvin Qodeau ilə qarşılaşacaqlar.

Qeyd edək ki, turnirin ötən iki günündə cüdoçularımız medal qazanmayıblar.

Xəbər 427 dəfə oxundu.