FIAS-ın prezidenti Vasili Şestakovun səlahiyyət müddəti 2025-ci ilədək uzadılıb
Beynəlxalq Sambo Federasiyasının (FIAS) konqresi təşkilatın prezidenti Vasili Şestakovun səlahiyyət müddətini 2025-ci ilin noyabrınadək uzadıb.

Bu barədə FIAS-ın mətbuat xidməti məlumat yayıb.

Altmış yeddi yaşlı V.Şestakovun səlahiyyət müddətinin uzadılması təklifi Avropa və Ümumrusiya Sambo federasiyalarının prezidenti Serqey Eliseyev tərəfindən irəli sürülüb. Qərar konqres üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

V.Şestakov 2009-cu ildən FIAS-ın rəhbəridir.

Xəbər 579 dəfə oxundu.