“Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirib
UEFA Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Ağdamın “Qarabağ” klubu səfərdə “Sivasspor”la qarşılaşıb.

“Yeni Sivas 4 Eylül” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Sivasspor”un qollarına 11-ci dəqiqədə Osmanpaşa və 88-ci dəqiqədə Kayode imza atılblar.

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Kevin Medina, Abbas Hüseynov, Vild-Donald Gerye, Ovusu Kvabena, Qara Qarayev, Filip Ozobiç, Patrik Andrade, Xayme Romero və Abdullah Zubir yer alıblar.

“Sivasspor”un ilk onbirliyində isə meydana Mamadu Samassa (Mali), Marselo Qoyano, Caner Osmanpaşa, Uğur Çiftçi, Robin Yalçın, Klaudemir, Faysal Fayr, Erdoğan Yeşilyurt, Hakan Arslan, Mustafa Yatabare və Kazimir Ninqa çıxıblar.

Görüşü isveçrəli Sandro Şörer idarə edib. Ona həmyerliləri Stefan de Almeyda və Bekim Zoqay kömək ediblər. Dördüncü hakim funksiyasını Yanku Yoan Vasilitsa yerinə yetirib.

Qeyd edək ki, qrup mərhələsində keçirdiyi hər üç oyunda məğlub olan “Qarabağ” sonuncu pillədə qərarlaşıb.

Xəbər 316 dəfə oxundu.