UEFA Avropa Liqası: “Sivaspor” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
Bu gün saat 21:55-də futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi III turu çərçivəsində Ağdamın “Qarabağ” klubu növbəti oyunun keçirəcək.

I qrupunda yer alan Ağdam təmsilçisi üçüncü sınağında səfərdə Türkiyənin “Sivasspor” komandası ilə üz-üzə gələcək.

“Yeni Sivas 4 Eylül” stadionunda keçiriləcək qarşılaşmada “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Kevin Medina, Abbas Hüseynov, Vild-Donald Gerye, Ovusu Kvabena, Qara Qarayev, Filip Ozobiç, Patrik Andrade, Xayme Romero və Abdullah Zubir yer alıblar.

“Sivasspor”un ilk onbirliyində isə meydana Mamadu Samassa (Mali), Marselo Qoyano, Caner Osmanpaşa, Uğur Çiftçi, Robin Yalçın, Klaudemir, Faysal Fayr, Erdoğan Yeşilyurt, Hakan Arslan, Mustafa Yatabare və Kazimir Ninqa çıxacaqlar.

Görüşü Portuqaliyadan olan hakimlər briqadasına tapşırılsa da, UEFA sonradan əsas referi və yan xətt hakimlərini isveçrəlilərlə əvəzləyib. Əsas hakim Sandro Şörer olacaq. Ona həmyerliləri Stefan de Almeyda və Bekim Zoqay kömək edəcək. Dördüncü hakim funksiyasını Yanku Yoan Vasilitsa yerinə yetirəcək.

Qrupdakı ilk iki oyunda məğlub olan komandalar 3-4-cü yerləri bölüşdürür. Sadəcə, vurulan topların sayına (1 qol) görə Azərbaycan çempionu sonuncu pillədə qərarlaşıb. Sivas təmsilçisi əvvəlki görüşlərdə 7 dəfə rəqib qapılarına yol tapıb.

Superliqa klubu "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq. Rəqibin heyətində Ziya Erdal, Aaron Appindanqoe və Xorxe Feliksin zədə səbəbindən oynamayacaq. Bundan başqa, İsrail "Makkabi"si (Təl-Əviv) ilə qarşılaşmada qırmızı vərəqə almış Samba Kamara da oyunu buraxacaq. Marselo Qoyano və Erdoğan Yeşilyurtun isə meydana çıxıb-çıxmayacağı sual altındadır. “Köhlən atlar”da isə zədəli və cəzalı futbolçu yoxdur.

Xəbər 421 dəfə oxundu.