FIFA prezidenti ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə şikayət daxil olub
Barəsində cinayət işi açılan FIFA prezidenti Canni İnfantino ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə şikayət daxil olub.

Müraciət 2017-ci ildə futbol agentlərinin qanunsuz fəaliyyətlərinin araşdırılmasına başlayan “Sport 7” şirkətinin vəkili Filip Rents tərəfindən edilib.

Şikayətdə italiyalı funksionerin Olimpiya xartiyasının bir neçə bəndini pozduğu üçün dərhal qurumun İcraiyyə Komissiyasına üzvlükdən çıxarılması xahiş olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, xidməti sirlərin pozulmasında və cinayət istintaqının aparılmasına mane olmaqda ittiham olunur.

Qeyd edək ki, İnfantino 2020-ci ilin yanvarından Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komissiyasının üzvüdür.

Xəbər 431 dəfə oxundu.