Nizami “İnter”də fərqlənən ilk futbolçu oldu
“İnter”in futbolçusu Nizami Hacıyev avrokuboklarda ən yaxşı göstəriciyə imza atan oyunçularımızın yolunu davam etdirdi. İdman.com.az saytının məlumatına görə, millimizə də cəlb olunan gənc yarımmüdafiəçi qitə miqyaslı turnirdə eyni rəqiblə hər 2 oyunda qol vuran 10-cu futbolçumuz oldu. O, Avroliqanın I təsnifat mərhələsində “Trans” klubu ilə həm ev, həm də səfər matçında qol vurmağı bacardı. Nizaminin nailiyyətində əsas məqam ondadır ki, o, “İnter”də belə fərqlənən ilk futbolçu oldu.

Avrokuboklara eyni rəqibə hər 2 oyunda qol vuran futbolçularımız

1. Viktor Kulikov (“Şəmkir) – 2000-ci ildə Çempionlar Liqasında Latviyanın “Skonto” klubuna
2. Tomislav Mişura (“Neftçi”) – 2005-ci ildə Çempionlar Liqasında İslandiyanın “Hafnarfyordur” klubuna
3. Samir Musayev (“Qarabağ”) – 2006-cı ildə UEFA kubokunda Moldovanın “Zimbru” klubuna
4. Feliks Felipe Almeyda (“Bakı”) – 2009-cu ildə Litvanın “Enkaras” klubuna
5. Elvin Məmmədov (“Qarabağ”) – 2009-cu ildə Avroliqada Finlandiyanın “Honka” klubuna
6. Emin İmaməliyev (“Qarabağ”) – 2010-cu ildə Avroliqada Makedoniyanın “Metallurq” klubuna
7. Əfran İsmayılov (“Qarabağ”) – 2010-cu ildə Avroliqada Şimali İrlandiyanın “Portadaun” klubuna
8. Rəşad Sadiqov (“Qarabağ”) – 2011-ci ildə Avroliqada Litvanın “Banqa” klubuna
9. Branimir Subaşiç (“Xəzər Lənkəran”) – 2012-ci ildə Avroliqada Estoniyanın “Nomme Kalyu” klubuna
10. Nizami Hacıyev (“İnter”) – 2012-ci ildə Avroliqada Estoniyanın “Narva” klubuna
Apasport.az

Xəbər 951 dəfə oxundu.