“Qalatasaray”ın məşqçilər korpusu “Sivasspor”-“Qarabağ” oyununu izləyəcək
Türkiyə Super Liqasının VIII turunda “Sivasspor”un qonağı olacaq “Qalatasaray”ın məşqçilər korpusu rəqibinin bu gün “Qarabağ”la UEFA Avropa Liqasının I qrupunun üçüncü turunda keçirəcəyi oyunu izləyəcək.

“Yeni Sivas 4 Eylül” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

“Sivasspor”-“Qalatasaray” matçı isə noyabrın 8-də baş tutacaq.

Xəbər 444 dəfə oxundu.