Avropa çempionatında daha 5 cüdoçumuz mübarizəyə qoşulub
Xorvatiyanın Poreç şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı davam edir.

Yarışın ikinci günündə daha 5 idmançımız mübarizəyə qoşulub. Belə ki, kişilər arasında Rəşid Məmmədəliyev, Mətin Rzazadə (hər ikisi 73 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 81 kq), qadınlar arasında isə Südabə Ağayeva (63 kq) güclərini sınayırlar.

Qeyd edək ki, turnirin birinci günündə 7 idmançımız tatami üzərinə çıxsa da, medal qazana bilməyiblər. Qitə çempionatına ümumilikdə 13 idmançımız qatılıb.

Xəbər 464 dəfə oxundu.