Gənclər arasında Avropa çempionatında cüdoçumuz 7-ci yeri tutub
Xorvatiyanın Poreç şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı davam edir.

Çempionatın birinci günündə 6 cüdoçu tatami üzərinə çıxıb. Belə ki, kişilər arasında Turan Bayramov, Əmrah Səlimli (hər ikisi 60 kq), Ayxan Tanverdiyev (66 kq), qadınların yarışında isə Ramilə Əliyeva, Vüsalə Kərimova (hər ikisi 48 kq), Ülviyyə Bayramova (57 kq) mübarizə aparıblar.

Yekun nəticəyə görə, cüdoçularımızın heç biri medalçılar sırasında yer ala bilməyiblər. Təmsilçilərimizdən ən yaxşı nəticəni 7-ci yeri tutan Əmrah Səlimli göstərib.

Qeyd edək ki, noyabrın 6-da yekun vurulacaq Avropa çempionatında 37 ölkədən 356 idmançı çıxış edir.

Xəbər 453 dəfə oxundu.