Basketbol üzrə Avroliqanın rəhbərliyi mövsümü yarımçıq dayandırmağı düşünmür
Basketbol üzrə Avroliqanın rəhbərliyi mövsümü yarımçıq dayandırmağı düşünmür. Çünki bütün iştirakçı klublar koronavirus pandemiyası ilə əlaqədar çətinliklərə baxmayaraq oynamağa hazırdırlar.

Bu barədə Avroliqa rəhbərliyi məlumat yayıb.

Bildirilib ki, həm Avroliqa rəhbərliyi, həm də klublar mövsümü iyulda təsdiqlənmiş qrafikə uyğun davam etdirmək üçün tədbirlər görürlər.

Qeyd edək ki, İtaliyanın “Milan” komandasının baş məşqçisi Ettore Messina pandemiya səbəbindən Avroliqa rəhbərliyini mövsümü dayandırmağa çağırıb.

Qeyd edək ki, hazırkı Avroliqa mövsümü oktyabrın 3-də başlayıb. Əvvəlki mövsüm isə pandemiya səbəbindən vaxtından əvvəl başa çatmışdı.

Xəbər 488 dəfə oxundu.