Güləşçilərimiz Moskva Qran-Prisində mübarizə aparacaqlar
Noyabrın 7-də Rusiyada güləş üzrə Moskva Qran-Prisi start götürəcək.

İki gün davam edəcək yarışa sərbəst güləşçilərdən ibarət yığmamızın Dağıstanda olan üzvləri qatılacaqlar.

Turnirdə İslam Bazarqanov (57 kq), Davud İbrahimov (65 kq), Osman Nurməhəmmədov (86 kq), Şamil Zubairov (97 kq) və İslam Abuyev (125 kq) böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti təmsil edəcək.

Qeyd edək ki, yarışa sərbəst, yunan-Roma və çimərlik güləşi üzrə 9 ölkənin idmançıları qatılacaq.

Xəbər 443 dəfə oxundu.