UEFA “Sivasspor”-“Qarabağ” matçının hakimlərini dəyişib
UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Türkiyənin “Sivasspor” klubu ilə Ağdamın “Qarabağ” komandası arasında keçiriləcək matçın hakimləri dəyişib.

Qarşılaşma İsveçrədən olan hakimlərə tapşırılıb. Baş hakim referi Sandro Şörerə Stefan de Almeyda və Bekim Zoqay kömək edəcəklər.

Avropa futbol qurumu daha əvvəl oyunu Joao Pineyronun rəhbərlik etdiyi portuqaliyalı hakimlərə tapşırmışdı. Görüşün dördüncü hakimi portuqaliyalı Yanku Yoan Vasilitsa dəyişdirilməyib.

Qeyd edək ki, noyabrın 5-də “Yeni Sivas 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor”-“Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Xəbər 407 dəfə oxundu.