Azərbaycan samboçuları dünya çempionatında iştirak etməyəcəklər
Noyabrın 5-dən 8-dək Serbiyada sambo üzrə dünya çempionatı təşkil ediləcək.

Azərbaycan komandası bu yarışda iştirak etməyəcək. Bir sıra milli komandalar kimi, yığmamızın da turnirə qatılmamasının səbəbi Avropadakı qeyri-sabit epidemioloji vəziyyət göstərilir.

Dünya çempionatında 30 ölkədən 400-dən çox idmançı mübarizə aparacaq.

Xəbər 572 dəfə oxundu.