Azərbaycan Boks Federasiyası “Əsgərə məktub var” kampaniyasına start verib
Azərbaycan Boks Federasiyası (ABF) torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən igid əsgərlərimizə mənəvi dəstək üçün “Əsgərə məktub var” kampaniyasına start verib.

Əsgərlərimizə mənəvi dəstək məqsədi ilə ABF rəsmiləri və nümayəndələri, həmçinin məşqçilər cəbhə bölgəsinə tez-tez səfərlər edirlər. Gənc boksçularımız məktublar vasitəsilə Vətənimizin keşiyində duran əsgərlərimizə ürək sözlərini, dualarını çatdırır, bizə gözəl qələbə sevinci yaşadan əsgərlərimizə minnətdarlıqlarını bildirilər.

Artıq ilk məktublar federasiyanın rəsmiləri tərəfindən Ordumuzun üzvlərinə çatdırılıb.

Xəbər 482 dəfə oxundu.