AFFA “Sabah”ın futbolçusunu cəzalandırıb | |
AFFA İntizam Komitəsinin iclası keçirilib. Azərbaycan Premyer Liqasının VIII turunun “Qəbələ”–“Sabah” oyununda qonaq komandanın futbolçusu Nikola Vuyadinoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə 200 manat cərimə olunub. Qeyd edək ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. |
|
Xəbər 419 dəfə oxundu. |
|
|