Üç komanda Fernando Alonsonun gənc sürücülərin sınaq yürüşündə iştirakına qarşıdır
Formula 1 mövsümü bitdikdən sonra gənc sürücülər Əbu-Dabidə sınaq yürüşündə iştirak edəcəklər.

“Renault” komandasının rəhbəri Siril Abitebul rəqiblərindən Fernando Alonsonun gənclər üçün keçiriləcək testlərdə iştirak etməsinə icazə vermələrini istəyib. Lakin üç komanda – “Racing Point”, “McLaren” və “Haas” 39 yaşlı ispaniyalının bu testlərdə iştirakına qarşı olduğunu bildirib. Belə ki, onlar gənclərin yarışında ikiqat dünya çempionuna görə “Renault”un haqsız üstünlük əldə edəcəyini düşünürlər.

Yarışın qaydalarına görə, testlərdə yalnız gənc sürücülər iştirak etməlidirlər. Otuz doqquz yaşlı ikiqat dünya çempionu isə bu qaydalara uyğun gəlmir.

Xəbər 418 dəfə oxundu.