“Sabah” klubu baş məşqçisini istefaya göndərməyəcək
Bakının “Sabah” klubu baş məşqçi Visente Qomesin istefaya göndəriləcəyi ilə bağlı xəbərləri təkzib edib.

Premyer Liqanın son 5 turunda qeydə alınan məğlubiyyətə baxmayaraq, klub rəhbərliyi Visenite Qomesə növbəti dəfə etimad göstərib.

Paytaxt təmsilçisi ispaniyalı mütəxəssisin vəziyyətdən çıxacağına və komandanı düzəldəcəyinə inanır.

Xatırladaq ki, səkkizinci turda “Qəbələ”yə məğlub olan “Sabah” hazırda 6 xalla turnir cədvəlində sonuncu yerdədir.

Xəbər 418 dəfə oxundu.