Sambo üzrə dünya çempionatı azarkeşsiz keçiriləcək
Serbiyada təşkil olunacaq sambo üzrə dünya çempionatı azarkeşsiz keçiriləcək.

Bu barədə Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov məlumat verib.

O, qeyd edib ki, turnir zamanı sosial məsafə qaydaları nəzərə alınmaqla bütün təhlükəsizlik tədbirlərinə əməl ediləcək. Təşkilat Komitəsi idmançıların xəstəlik riskini minimuma endirmək üçün bir sıra tədbirlər həyata keçirəcək.

Dünya çempionatı noyabrın 5-dən 8-dək Serbiyanın Novi-Sad şəhərində keçiriləcək.

Xəbər 575 dəfə oxundu.