Formula 1: “Mercedes”in bolidləri 2021-ci ildə də qara rəngdə olacaq
“Mercedes”in rəhbəri Toto Volff Formula 1 üzrə dünya çempionatının növbəti mövsümündə də komandasının bolidlərinin qara rəngə boyanacağını söyləyib.

Alman markası bu şəkildə irqçilik problemlərinə diqqət çəkməyə və bərabərsizliyin qurbanlarına dəstək verməyə davam edəcək. Bununla belə, Formula E-də “Mercedes” avtomobilləri ənənəvi gümüşü rənginə qayıdacaq.

Qeyd edək ki, iyulda – cari mövsüm başlamazdan əvvəl “Mercedes” pilotu Luis Hamiltonun istəyi ilə bolidlərin rəngini dəyişib.

Xəbər 451 dəfə oxundu.