FIDE reytinq siyahısı ilə bağlı qaydalarda dəyişiklik edib
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Şurası koronavirus pandemiyasına görə şahmatçıların reytinq siyahısı ilə bağlı qaydaları dəyişib.

Qurum fəaliyyətsiz hesab olunma müddətini 12 aydan 24 aya qaldırıb. Əvvəl son 12 ayda heç bir rəsmi oyun keçirməyən şahmatçılar qeyri-fəal hesab edilir və siyahıdan kənarda qalırdı.

Bu qərar koronavirus pandemiyası ilə bağlı vəziyyət əvvəlki qaydaya qayıtdıqdan sonra atılacaq növbəti addıma qədər qüvvədə olacaq və həmin vaxt yenidən 12 aya keçiləcək.

Xəbər 483 dəfə oxundu.