AFFA-nın əməkdaşı Moldova–Yunanıstan oyununun hakim-inspektoru olacaq
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik növbəti təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, o, UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Moldova – Yunanıstan oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, matç noyabrın 15-də Kişinyov şəhərindəki “Zimbru” stadionunda keçiriləcək.

Xəbər 437 dəfə oxundu.