“İnter”in oyunlarının başlanma saatları açıqlanıb
“İnter”in Avroliqanın II təsnifat mərhələsində oyunlarının başlanma saatları açıqlanıb. İdman.com.az saytının məlumatına görə, “bankilər”in iyulun 19-da Yunanıstanın “Asteras” klubu ilə “Dalğa Arena”dakı oyunu saat 21:00-da start götürəcək. Komandamızın iyulun 26-da “Asteras Tripoli”də cavab matçı yerli vaxtla saat 19:00-da (Bakı vaxtilə saat 22:00-da) başlayacaq.

Xəbər 1223 dəfə oxundu.