“Napoli” baş məşqçisi Cennaro Qatuzzo ilə müqaviləsini uzatmağa yaxındır
“Napoli” futbol klubu baş məşqçisi Cennaro Qatuzzo ilə müqaviləsini uzatmağa yaxındır.

Ötən gün klub prezidenti Aurelio de Laurentis və idman direktoru Kriştiano Qintoli 42 yaşlı mütəxəssis ilə görüşüblər. Tərəflər yeni sözləşmənin detallarını müzakirə ediblər.

“Napoli” Qatuzzo ilə müqavilənin 2023-cü ilədək uzatmağa hazırlaşır. Onun indiki anlaşmasının müddəti isə 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Qatuzzo 2019-cu ildən “Napoli”də işləyir.

Xəbər 432 dəfə oxundu.