Əfran İsmayılov ölkə çempionatlarında 250-ci matçını keçirib
Azərbaycan Premyer Liqasının VIII turu Əfran İsmayılov üçün yubileylə əlamətdar olub. Təcrübəli yarımmüdafiəçi ölkə çempionatlarında 250-ci matçını keçirib.

“Səbail”in futbolçusu “Zirə” ilə səfər qarşılaşmasında (0:0) start heyətində yer alaraq yubileyini gerçəkləşdirib. Ə.İsmayılovun hesabında 40 qol var.

Futbolçunun debütü 2006/2007-ci il mövsümündə baş tutub. Həmin vaxt “Qarabağ”ın şərəfini qoruyan yarımmüdafiəçi bu klubda 163 oyunda 22 qol vurub. O, həmçinin “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Keşlə” (25 oyun, 3 qol), “Xəzər Lənkəran” (10 oyun, 1 qol), “Sumqayıt” (20 oyun, 3 qol) və “Səbail”in (5 oyun, 1 qol) formasını geyinib.

Xəbər 428 dəfə oxundu.