“Qarabağ” Azərbaycan çempionatlarında 450-ci qələbəsini qazanıb
Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan çempionatlarında 450-ci qələbəsini qazanıb. Yubiley Premyer Liqanın VIII turuna təsadüf edib.

Azsport.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, “Keşlə”ni 6:1 hesabı ilə məğlub edən Ağdam klubu bunadək 449 dəfə qalib gəlmişdi. 450-ci uğur 804-cü matça təsadüf edib. Əyalət təmsilçisi evdə 267, səfərdə 180, neytral meydanda 3 dəfə rəqiblərini məğlub edib.

“Azersun Arena”dakı görüş həm də mövsümün iki rekordu ilə əlamətdar olub. Cari çempionatda ən çox qolun vurulduğu matçda həm də ən böyük hesablı nəticə qeydə alınıb.

Qeyd edək ki, “Qarabağ” ölkə çempionatlarında ilk qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə ev oyununda qazanıb – 6:0.

Xəbər 400 dəfə oxundu.