Qadın şahmatçılar arasında Qran-Pri yarışının dördüncü mərhələsi Cəbəllütariqdə keçiriləcək
Beynəlxalq Şahmat Federasiyası (FIDE) qadınlar arasında Qran-Pri yarışının 4-cü mərhələsinin 2021-ci ilin yanvarında Cəbəllütariqdə keçirilməsini qərara alıb.

Bu barədə FIDE prezidenti Arkadi Dvorkoviç məlumat verib.

Final mərhələ yanvarın 17-dən 29-dək keçiriləcək. Əslində, əvvəlcə turnirin sonuncu mərhələsinin mayın 2-dən 15-dək Sardiniyada (İtaliya) baş tutacağı planlaşdırılmışdı. Lakin koronavirus pandemiyası səbəbindən bu yarış ləğv edilmişdi.

Qran-Pridə 16 şahmatçı iştirak edəcək, hər biri seriyanın üç mərhələsində çıxış etməlidir. Turnirdə ən çox xal yığacaq iki şahmatçı 2021-ci ildə keçiriləcək namizədlər turnirinə vəsiqə qazanacaq.

Xəbər 424 dəfə oxundu.