Olimpiya çempionumuz Almaniyada baş məşqçi təyin olunub
Azərbaycanlı Olimpiya çempionu Valeri Belenki Almaniyada baş məşqçi təyin olunub.

1992-ci il Barselona Olimpiadasının qızıl medalçısı kişilərdən ibarət idman gimnastikası üzrə Almaniya millisində baş məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, 51 yaşlı məşqçi Bakıda doğulub, daha sonra Almaniyanın Ştutqart şəhərinə köçüb.

Onu da bildirək ki, Almaniya millisi 9-13 dekabrda Türkiyənin Mersin şəhərində keçiriləcək kişi idman gimnastikası üzrə Avropa çempionatında iştirak etməyəcəyini açıqlayıb. Buna səbəb koronavirus səbəbindən idmançıların həyatlarını təhlükə altına atmamaq istəyidir.

Oxu.az

Xəbər 413 dəfə oxundu.