“Səbail”in qapıçısı yığmanın düşərgəsinə yollanmaqdan imtina edib
Bakının “Səbail” futbol klubunun qvatemalalı oyunçusu Nikolas Hagen millisinin noyabrın 15-də Hondurasla keçirəcəyi oyunu buraxacaq.

24 yaşlı qapıçı koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə görə yığmanın düşərgəsinə yollanmaqdan imtina edib.

Qolkiper Bakıdan Qvatemalaya getmək üçün əvvəlcə Türkiyənin İstanbul şəhərinə uçmalıdır. Sərhədlərin yenidən bağlanacağından ehtiyatlanan qapıçının Bakıya qayıdışı yubana bilər. Belə olan halda isə klubun onunla müqaviləni poza biləcəyi iddia olunur.

Onun əvəzinə düşərgəyə digər qolkiper Rikardo Heres çağırılıb.

Xəbər 417 dəfə oxundu.