“Şaxtyor”un 19 yaşlı futbolçusu “Arsenal” və “Çelsi”nin maraq dairəsindədir
Ukraynanın “Şaxtyor” klubunun 19 yaşlı qapıçısı Anatoli Trubin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Futbolçu ilə “Arsenal” və “Çelsi” yaxından maraqlanır. “Şaxtyor”un “Real” və “İnter”lə matçlarda məğlub olmaması, Trubinin isə bu iki qarşılaşmada əla çıxışla yadda qalması ingilisləri hərəkətə keçirib. Siyahıda Leverkuzenin “Bayer” klubunun da adı var. Lakin almanların təklifinin britaniyalılarınkı qədər cəlbedici olmayacaq.
“Şaxtyor”un yetirməsi olan futbolçu hazırda Ukraynanın U-21-in millisinə dəvət alır.

Xəbər 427 dəfə oxundu.