PSJ-nin prezidenti bəraət alıb
İsveçrə məhkəməsi korrupsiyada ittiham olunan Fransanın “Paris Sen-Jermen” (PSJ) futbol klubunun prezidenti və “beIN Media Group”un rəhbəri Nasser al-Helaifinin bəraət alması ilə bağlı qərar verib.

PSJ-nin prezidenti dünya çempionatları matçlarının yayım hüquqlarının alınması üçün FIFA-nın sabiq baş katibi Jerom Valkeyə rüşvət verməkdə günahlandırılırdı.

Qeyd edək ki, N.al-Helaifi 2013-cü ildən media holdinqin rəhbəridir. O, 2011-ci ildən PSJ-nin rəhbəri, Qətər Tennis Federasiyasının prezidenti, Asiya Tennis Federasiyasının vitse-prezidenti vəzifələrində çalışır.

Xəbər 367 dəfə oxundu.