Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlərin adı açıqlanıb
UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına 4 namizədin adı açıqlanıb.

Bu ada “Lüdoqorets”dən (Bolqarıstan) Elvis Manu, “Volfsberq”un (Avstriya) üzvü Mixael Lindl, Niderland PSV-sindən Donyell Malen və Serbiyanın “Srvena Zvezda” komandasından El-Fardu Ben-Nabuan iddia edirlər.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində müəyyənləşəcək.

Xəbər 423 dəfə oxundu.