Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklər müzakirə olunub
Oktyabrın 30-da Premyer Liqa və l Divizionda çıxış edən futbol klublarının nümayəndələri üçün Lisenziyalaşdırma qrupunun 2021-2022-ci il mövsümünün videokonfrans formatında açılış iclası keçirilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, iclasda paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklər, ötən mövsümün icmalı və Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər barədə müzakirələr aparılıb.

İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.

Xəbər 412 dəfə oxundu.