“Qarabağ” klubu UEFA-nın reytinq cədvəlində mövqeyini qoruyub
Avrokubokların qrup mərhələsinin ikinci turundan sonra futbol klublarının UEFA reytinqi açıqlanıb.

Avropanın ən yaxşı 100 komandası sırasında yer alan Azərbaycanın yeganə klubu “Qarabağ” 64-cü pillədəki mövqeyini qoruyub.

Ağdam təmsilçisi 21,000 xalla Rumıniyanın “Styaua” komandası ilə 64-65-ci yerləri bölüşür.

Qeyd edək ki, reytinqə 115 xalla Almaniyanın “Bavariya” klubu başçılıq edir.

Xəbər 421 dəfə oxundu.