Azərbaycanlı hakim “Tokio-2020”nin karate yarışlarını idarə edəcək
Beynəlxalq dərəcəli hakim Cahangir Babayev Tokio Olimpiadasında karate yarışlarını idarə edəcək 15 hakimdən ibarət siyahıya daxil edilib.

Dünya Karate Federasiyasına (WKF) üzv olan 200 dövlət arasından Olimpiada kimi nüfuzlu yarışı idarə edənlərdən biri kimi azərbaycanlı hakimə göstərilən böyük etimad C.Babayevin yarışları idarə etməkdə fərqlənməsi, həmçinin Azərbaycan Milli Karate Federasiyasının uğurlu fəaliyyəti və nəticələrinə verilən böyük qiymətdir.

Hakimlər Komissiyası tərəfindən tərtib olunan siyahıya daha 2 beynəlxalq referi ehtiyat hakim kimi əlavə olunacaq.

Xəbər 434 dəfə oxundu.