Şəhriyar Məmmədyarov şahmat üzrə Qran-Prinin mərhələ yarışında üçüncü olub
Şahmat üzrə “Titled Tuesday Blitz” Qran-Prisinin mərhələ yarışında Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü yeri tutub.

Ş.Məmmədyarov İsveçrə üsulu ilə keçirilən turnirin 11 turundan 9,5 toplayıb.

Qeyd edək ki, onunla eyni xalı yığan rusiyalı Sergey Karyakin və FIDE-nin bayrağı altında çıxış edən Əlirza Firuzca əlavə göstəricilərə görə, birinci və ikinci yerləri tutublar.

Xəbər 429 dəfə oxundu.