“Güclü rəqibə qarşı çox çətin bir oyun keçirdik”
Sloveniyanın “Mura” klubunun baş məşqçisi Feri Çifer Avropa Liqasının birinci təsnifat mərhələsinin “Bakı” ilə cavab oyununu şərh edib. İdman.com.az saytının məlumatına görə, o, komandasının 2:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:

“Biz bütün həftəni bu oyuna hazırlaşmışdıq. “Bakı”nın bütün mənfi və müsbət cəhətlərini bilirdik. Məhz buna görə də onları məğlub etməyi bacardıq. Komanda ələ düşən qol epizodlarından da maksimum yararlanmağı bacardı. Tezliklə çempionat başlayacaq. Hansı ki, bizi öncə “Rudar”la oyun gözləyir. Ondan sonra Sofiya CSKA-sı barədə düşünərik”.

Xəbər 1074 dəfə oxundu.