Avropa Liqasının ikinci turunun rəmzi komandası açıqlanıb
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ikinci turunun rəmzi komandası açıqlanıb.

Bu dəfə heyətdə 11 müxtəlif klubun üzvləri yer alıb. Heç bir komandanın iki futbolçu ilə təmsil olunmadığı heyətə Azərbaycan çempionu “Qarabağ”ın yer aldığı “I” qrupunun futbolçusu düşməyib.

Heyətdə qapıçı - Qustavo Busatto (MOİK), müdafiəçilər - Dioqo Dalot (“Milan”), Ceremi Gelin (“Antverpen”), Stian Qreqersen (“Molde”), Borna Barişiç (“Reyncers”), yarımmüdafiəçilər - Pizzi (“Benfika”), Mihael Liendl (“Volfsberger”), Co Uillok (“Arsenal”), hücumçular - El Fardu Ben Nabuhan (“Srvena Zvezda”), Elvis Manu (“Lüdoqorets”) və Mohamed Elyunussi (“Seltik”) yer alıblar.

Xəbər 381 dəfə oxundu.