Formula 1: “Alfa Romeo” komandası 2021-ci il üçün heyətini açıqlayıb
İtaliyanın İmola şəhərində təşkil olunacaq Formula 1 yarış həftəsonu başlamazdan əvvəl “Alfa Romeo” komandası 2021-ci il üçün heyətini açıqlayıb.

Kimi Raykkonen və Antonio Covinatsi gələn il də komandanın uğurları üçün çalışacaqlar.

Qeyd edək ki, K.Raykkonen hazırkı mövsümdə 2 xalla pilotların siyahısında 17-ci, A.Covinatsi isə 3 xalla 16-cı sırada qərarlaşıblar.

İmolada Formula 1 yarışı noyabrın 1-də keçiriləcək.

Xəbər 415 dəfə oxundu.