“Antalyaspor klubu baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb
Türkiyənin “Antalyaspor” futbol klubu baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb.

44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Tunanın istefasına klub rəhbərliyi ilə arasındakı fikir ayrılığı səbəb göstərilib.

Qeyd edək ki, mütəxəssis bu ilin yanvarından komandanı çalışdırırdı.

Xəbər 421 dəfə oxundu.