Cüdo üzrə Avropa çempionatında iştirak edəcək yığmamızın heyəti açıqlanıb
Çexiyanın paytaxtı Praqada təşkil olunacaq cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Yığmamız yarışda 16 cüdoçu ilə təmsil olunacaq. Belə ki, kişilər arasında Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian, İçınkorloo Müntxsedev (hər ikisi 57 kq), Günel Həsənli (70 kq) və İrina Kindzerska (+78 kq) güclərini sınayacaqlar.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 19-dən 21-dək keçiriləcək.

Xəbər 440 dəfə oxundu.