İmolada Formula 1 yarışı azarkeşsiz keçiriləcək
İtaliyanın İmola şəhərində təşkil olunacaq Formula 1 Emili-Romani Qran-Prisinin boş tribunalar önündə keçiriləcəyi rəsmi olaraq təsdiqlənib.

Region rəhbərliyinin yarışların hər günündə 13 min 417 tamaşaçının arenaya buraxılması üçün vermiş ilkin icazə ləğv edilib.

Qəbul edilən qərar digər Avropa ölkələrində olduğu kimi, İtaliyada da getdikcə pisləşən epidemioloji vəziyyətlə əlaqədardır. Bununla da təşkilatçılar satılan biletlərin pulunu artıq qaytarmalı olacaqlar.

Xəbər 433 dəfə oxundu.