Azərbaycan boksçuları Türkiyədə təlim-məşq toplanışında iştirak edirlər
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə təlim-məşqləri davam etdirir.

Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığma Olimpiya təsnifat turnirləri üçün təlim-məşq toplanışını Kastamonuda keçirir.

Məşqçilər korpusu hazırlıq çərçivəsində 15 boksçunu yoxlayır. Noyabrın 16-da bitəcək toplanış Türkiyə və Rumıniya yığmaları ilə birgə təşkil olunur.

Qeyd edək ki, “Tokio-2020”-yə millimizin heyətində hələlik Tayfur Əliyev (57 kq) vəsiqə qazanıb.

Xəbər 459 dəfə oxundu.