Dünya çempionu: “Pray for Barda”
Türkiyə yığmasının əslən azərbaycanlı atleti Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.

30 yaşlı idmançı bununla bağlı “Instagram”da paylaşım edib.

O, üzərində “Pray for Barda” (“Bərdə şəhəri üçün dua edin”) sözləri yazılmış foto paylaşıb.

R.Quliyev, həmçinin sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və “Qarabağ Azərbaycandır!” yazıb.

Təcrübəli atlet ermənilərin Gəncədə törətdikləri terror hadisəsi ilə bağlı da paylaşım etmişdi.

Qeyd edək ki, R.Quliyev 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudur.

Xəbər 391 dəfə oxundu.