Rinqdə qazanılacaq qələbələr Azərbaycan əsgərinə həsr olunacaq
Azərbaycan millisinin boksçuları Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna növbəti dəfə dəstək nümayiş etdiriblər.

Türkiyənin Kastamonu şəhərində təlim-məşq toplanışında olan yığmamızın üzvləri hər bir vətəndaşımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini və düşmənə tezliklə qalib gələcəyimizi vurğulayıblar.

Boksçularımız Dağlıq Qarabağda baş verən hadisələrdə Azərbaycana dəstək olan türkiyəli qardaşlarımıza minnətdarlıq ediblər. Bildirilib ki, rinqdə qazanılacaq hər bir qələbə Azərbaycan əsgərinə həsr olunacaq.

Daha sonra millimiz qardaş ölkənin yığması ilə birgə “Qarabağ Azərbaycandır!” şüarını səsləndirib.

Xəbər 434 dəfə oxundu.