Türkiyə klubu növbəti dəfə Ginnesin Rekordlar Kitabına düşüb
Türkiyənin qadın voleybolçulardan ibarət “Vakıfbank” komandası növbəti dəfə Ginnesin Rekordlar Kitabına düşüb.

İstanbul təmsilçisi klublararası dünya çempionatında 2013-cü, 2017-ci və 2018-ci illərdə məğlub olmadan qızıl medal qazanıb. Bundan başqa, komanda bir dəfə ikinci, iki dəfə isə üçüncü yeri tutub.

Türkiyə klubu 13 dəfə təşkil edilən dünya çempionatında ən çox medal əldə edən komanda olub.

Qeyd edək ki, “Vakıfbank” 2014-cü ildə ardıcıl 74 oyunda qələbə qazanaraq Ginnesin Rekordlar Kitabına düşmüşdü.

Xəbər 437 dəfə oxundu.