Formula 1 pilotlarının maaşları məhdudlaşdırılacaq
Formula 1 pilotlarının maaşlarına məhdudiyyət qoyulacaq.

Dünya çempionatında çıxış edən komandaların rəhbərləri sürücülərin maaşlarına 2023-cü ildən etibarən məhdudiyyət qoyulmasını qəbul ediblər. Belə ki, pilotların məvacibi ildə maksimum 30 milyon ABŞ dolları təşkil edəcək. Bütün bunlar yarışın xərclərini azaltmaq və büdcəyə məhdudiyyətlər tətbiq etmək məqsədi daşıyır.

Bu qərar hazırda 45,5 milyon dollar qazanan Luis Hamiltonun “Mercedes”lə yeni müqavilə barədə danışıqları sürətləndirə bilər. Britaniyalı pilotun qazanacağı məbləğin 52 milyona çatacağı gözlənilir.

Xəbər 415 dəfə oxundu.